Oğrular tutuldu
04 oktyabr 2012 10:45 (UTC +04:00)

Oğrular tutuldu

Bakı şəhərində quldurluqla məşğul olan bir neçə şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 3-də Ə.Məmmədəliyev küçəsində Bakı şəhər sakini Ramin Aslanova məxsus “VAZ-21011” markalı avtomobildən açarseçmə yolu ilə 200 manat və maqnitofon oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Rimixanov oktyabrın 3-də tutulub.

Oktyabrın 3-də A.Şərifzadə küçəsində Mahir adlı şəxs Bakı şəhər sakini Elxan Məmmədovu bıçaqla hədələyərək 35 manatını alıb. Yasamal RPİ CAŞ və 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Mahir Qədirov oktyabrın 3-də tutulub.

Sentyabrın 25-də A.Qurbanov küçəsində yaşayan Loğman Məmmədovun evindən açıq qapıdan keçmə yolu ilə 500 manat oğurlanıb. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Yasər Məmmədov oktyabrın 3-də tutulub.
# 1027

Oxşar yazılar