İki maşın toqquşub: bir ölü, iki yaralı
Qaraməryəm-İsmayıllı-Şəki yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Azad Hacıyev APA-ya bildirib ki, hadisə bu gün günorta saatlarında yolun 109-cu kilometrliyində, Oğuzun Kərimli kəndi ərazisində qeydə alınıb.
Bakının Nizami rayon sakini, 1976-cı il təvəllüdlü Əliyev Elşən Əlibala oğlunun idarə etdiyi 10-XA-242 dövlət nömrə nişanlı “Merсedes” markalı minik maşını qarşı tərəfdən gələn Oğuz sakini, 1965-ci il təvəllüdlü Kərimov Namiq Pöhrüz oğluna məxsus 37-BD-946 dövlət nömrə nişanlı “VAZ 2101” markalı minik maşını ilə toqquşub.
Zərbənin təsiri nəticəsində “Merсedes” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində “Merсedes”in sürücüsü dünyasını dəyişib, onun həyat yoldaşı Natavan Abbasova ağır, digər avtomoblin sürücüsü N.Kərimov isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Bakıda qəza nəqliyyat sıxlığı yaratdı
15 may 2025 , 08:29
Şamaxıda zəlzələ oldu
15 may 2025 , 04:01
Gəncədə 19 yaşlı gənc budundan bıçaqlandı
15 may 2025 , 00:36
Göygöldə iki nəfər əkin sahəsində döyüldü
15 may 2025 , 00:25
Tbilisidə Kürə düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapıldı
15 may 2025 , 00:17
Goranboyda qayınana tir tüfəngindən atəş açdı, gəlinini yaralandı
14 may 2025 , 23:06
Naxçıvanda maşın yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırdı
14 may 2025 , 22:50