Fransa səfirliyi qarşısında aksiyaya cəhd edildi
Azərbaycan İslam Partiyasının (AİP) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. APA-nın məlumatına görə, polis tərəfindən piketin qarşısı alınıb. Aksiya iştirakçıları Fransada nəşr olunan jurnalda İslam Peyğəmbərinin (s.) karikaturasının çap edilməsinə və ümumiyyətlə Qərbdəki islamofobiyaya etiraz ediblər.
Aksiya iştirakçılarının bir qismi saxlanılıb. Hazırda AİP rəhbərliyi tutulan üzvlərinin sayını dəqiqləşdirir.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də öz vətəndaşları üçün xəbərdarlıq yayıb. Səfirliyin saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilir ki, sentyabrın 29-da Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsi gözlənilir.
Xəbərdarlıqda ABŞ vətəndaşları ehtiyatlı olmağa, həmin ərazilərə yaxınlaşmamağa çağırılır. “Hətta dinc aksiyalar zamanı da müəyyən gərginliklər ola bilər”, - deyə xəbərdarlıqda qeyd olunur.

Oxşar yazılar

Bakıda qəza nəqliyyat sıxlığı yaratdı
15 may 2025 , 08:29
Şamaxıda zəlzələ oldu
15 may 2025 , 04:01
Gəncədə 19 yaşlı gənc budundan bıçaqlandı
15 may 2025 , 00:36
Göygöldə iki nəfər əkin sahəsində döyüldü
15 may 2025 , 00:25
Tbilisidə Kürə düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapıldı
15 may 2025 , 00:17
Goranboyda qayınana tir tüfəngindən atəş açdı, gəlinini yaralandı
14 may 2025 , 23:06
Naxçıvanda maşın yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırdı
14 may 2025 , 22:50