Gülər Əhmədovanın videosu ilə bağlı cinayət işi başlandı
28 sentyabr 2012 12:12 (UTC +04:00)

Gülər Əhmədovanın videosu ilə bağlı cinayət işi başlandı

Qalmaqallı video görüntü ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilib, müvafiq orqanlara tapşırıqlar göndərilib, zəruri sorğular və əməliyyat tapşırıqları verilib.

Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7239

Oxşar yazılar

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

1 avqust 2025 , 01:17
Yevlaxda DƏHŞƏT:  ata intihar etdi, əlil qızı acından öldü

Yevlaxda DƏHŞƏT: ata intihar etdi, əlil qızı acından öldü

31 iyul 2025 , 22:43
Lerikdə 53 yaşlı rabitəçini "tok" vurub  öldürdü

Lerikdə 53 yaşlı rabitəçini "tok" vurub öldürdü

31 iyul 2025 , 22:30
Aeroport yolunda maşın yandı

Aeroport yolunda maşın yandı

31 iyul 2025 , 20:20
Bakıda bağ evində  meyit tapıldı

Bakıda bağ evində meyit tapıldı

31 iyul 2025 , 19:33
Şirvanda FACİƏ:  15 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

Şirvanda FACİƏ: 15 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

31 iyul 2025 , 18:50
İsmayıllıda gənc oğlan çayda batdı

İsmayıllıda gənc oğlan çayda batdı

31 iyul 2025 , 17:34
Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

31 iyul 2025 , 16:30