Dünya bu gün
23 sentyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

E.ə 63. Roma imperatoru Sezar anadan olub

1821. Tripolisi ələ keçirən yunanlar qısa müddətdə 30 000 türkü qanına qəltan edib

1846. Neptun planeti kəşf edilib

1862. Bismark Almaniyanın kansleri seçilib

1920. Azərbaycan İnqilab Komitəsi yoxsul komitələri yaradılması haqqında qərar verib

1944. Polşadakı ukraynalılar məcburi olaraq köçürülməyə başlayıb

1971. Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya imzalanıb

1989. Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul edib

1989. Azərbaycan dili Azərbaycan Respublikasının (Azərbaycan SSR) dövlət dili elan olunub

1991. Jeleznovodsk şəhərində DQMV nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası, Ermənistan Respublikası, RSFSR və Qazaxıstan SSR rəhbərlərinin görüşündə prezidentlər birgə kommunike imzalayıb

1992. Azərbaycan Respublikası Vyetnamla diplomatik əlaqələr qurub

1993. Azərbaycan Respublikası Albaniya ilə diplomatik əlaqələr qurub

2003. İlham Əliyev Azərbaycan Respublikasının baş naziri qismində BMT-nin sessiyasında iştirak edib

2004. Kiyevdə GÜAM ölkələri Parlament Assambleyası təsis olunub

2008. NATO və BMT baş katibləri əməkdaşlıq sazişi imzalayıb

2008. Bakıda Rixard Zorgeyə həsr olunan beynəlxalq konfrans keçirilib.

Günün aforizmi

“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”.

Heydər Əliyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar