Qaradağ rayonunda bədbəxt hadisə
22 sentyabr 2012 15:34 (UTC +04:00)

Qaradağ rayonunda bədbəxt hadisə

Qaradağda fəhlə işləyən Daşkəsən sakinini elektrik cərəyanı vurub. Hadisə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəsəbə sakini Habil Əliyevin evində təmir işləri aparan Daşkəsən rayon sakini Raman Həsənovu elektrik cərəyanı vurub. Nəticədə R. Həsənov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Etibar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406

Oxşar yazılar