Gəncədə 19 yaşlı gənc 23 yaşlı həmyerlisini bıçaqlayıb
22 sentyabr 2012 12:09 (UTC +04:00)

Gəncədə 19 yaşlı gənc 23 yaşlı həmyerlisini bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Gəncə Media Mərkəzinə istinadən verdiyi xəbərə görə, şəhər sakini, 1993-cu il təvəllüdlü Röyal Hüseynov münaqişə zəminində həmyerlisi, 1989-cu il təvəllüdlü Emin Əhmədova yaşadığı binanın qarşısında bıçaqla xəsarət yetirib.

Qarın və ayaq nahiyəsindən bıcaq yarası almış 23 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

R.Hüseynov isə Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər yetirmə) maddəsi ilə iş açılıb.

Etibar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar