Sumqayıtdakı yanğın tam söndürülüb
Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğın tamamilə söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın saat 4.00 radələrində tam söndürülüb.
Hazırda ərazidə yanğın kəşfiyyatı aparılır. Prosesdə prokurorluq orqanlarının əməkdaşları da iştirak edirlər.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Standiyasının baş həkiminin müavini Zəhra Məmmədova APA-ya deyib ki, indiyə qədər təcili tibbi yardım briqadaları tərəfindən yanğın baş vermiş ərazidən iki cəsəd çıxarılıb. Hadisə nəticəsində xəsarət almış 10 nəfər isə xəstəxanya yerləşdirilib.
Hazırda hadisə yerində həkim briqadası da gözləyir.
Qeyd edək ki, dünən Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində partlayışla nəticələnən yanğın baş verib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxşar yazılar

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı
9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO
9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı
9 may 2025 , 19:49
2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü
9 may 2025 , 19:08
Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46