Bakı-Şamaxı yolunda dəhşətli qəza
14 sentyabr 2012 12:23 (UTC +04:00)

Bakı-Şamaxı yolunda dəhşətli qəza

Bu gün səhər saatlarında Qobustan rayonu ərazisində, Bakı-Şamaxı yolunun 70-ci km-də vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili digər vətəndaşa məxsus “Oka” markalı minik avtomobili ilə toqquşub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb.

“Oka” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər onları müvafiq qaydada avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. “Mercedes” markalı avtomobilin sürücüsü xəsarət alıb və yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4010

Oxşar yazılar