Bakıda polisə silahlı hücum: 2 yaralı
14 sentyabr 2012 11:28 (UTC +04:00)

Bakıda polisə silahlı hücum: 2 yaralı

Bakıda polis əməkdaşlarına qarşı daha bir cinayət törədilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə baş verib. Beş nəfərdən ibarət dəstə Bakının Yasamal rayonunda taksi sürücüsünün avtomobilini qaçırıb. Polis Binəqədi rayonu ərazisində onların izinə düşüb. Dəstə üzvlərindən 4-ü hadisə yerindən qaçmağa nail olsa da, onlardan biri, 1991-ci il təvəllüdlü Nahid Abdullayev Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, tutulan zaman üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib. Polis kapitanı Kamran Bayramov və baş leytenant Ramil Əliyev yüngül xəsarət alıb. Sonda polis N. Abdullayevi zərərsizləşdirə bilib və o həbs edilib.

Hazırda quldurluq cinayətini törətməkdə təqsirli bilinən digər dəstə üzvlərinin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu, son həftə ərzində Bakıda polisə qarşı törədilən ikinci cinayət hadisəsidir. Belə ki, bir neçə gün əvvəl sərxoş vəziyyətdə olan naməlum şəxs əlində bıçaqla Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gələrək növbədə olan polis əməkdaşlarını hədələyib. Sərxoş şəxs onun əlindən bıçağı almaq istəyən iki polis əməkdaşına xəsarət yetirib. Nəticədə polis zabitləri Seyfəddin Ağayev və Tural İbrahimov xəsarət alıb. Sonda sərxoş şəxs zərərsizləşdirilib və həbs edilib.

Araşdırmalar zamanı polisə hücum edən şəxsin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Zaur Ələkbər oğlu Məmmədov olduğu müəyyənləşib. O, xalası oğlunun həbsinə etiraz olaraq bu addımı atdığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3198

Oxşar yazılar

Kartlardan bir günə 20 min manatdan  çox pul oğurlandı

Kartlardan bir günə 20 min manatdan çox pul oğurlandı

15 may 2025 , 10:35
Daha 5 itkinin meyiti tapıldı

Daha 5 itkinin meyiti tapıldı

15 may 2025 , 10:25
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLADI

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLADI

15 may 2025 , 09:45
Biləsuvarda yeniyetmə oğlanın meyiti tapıldı

Biləsuvarda yeniyetmə oğlanın meyiti tapıldı

15 may 2025 , 09:23
Bakıda qəza nəqliyyat sıxlığı  yaratdı

Bakıda qəza nəqliyyat sıxlığı yaratdı

15 may 2025 , 08:29
Şamaxıda zəlzələ oldu

Şamaxıda zəlzələ oldu

15 may 2025 , 04:01
Gəncədə 19 yaşlı gənc  budundan bıçaqlandı

Gəncədə 19 yaşlı gənc budundan bıçaqlandı

15 may 2025 , 00:36
Göygöldə iki nəfər əkin sahəsində döyüldü

Göygöldə iki nəfər əkin sahəsində döyüldü

15 may 2025 , 00:25