“Bir gün vaxt verin, qızım çıxsın, hamısını deyəcəm” - FOTO
Avqustun 4-də Bakının Xətai rayonu Qvardiya küçəsi 44, ev 1D ünvanında yaşayan Türkan Bağırova evdən çıxıb... və bir daha qayıtmayıb. Daha doğrusu, özü qayıtmayıb. Tapılıb. Polis 15 yaşlı Türkanı yaşadığı evdən uzaqda, Mərdəkan qəsəbəsindəki restoranların birində tapıb. Türkan restoranda kofe içirmiş...
***
15 yaşlı qız ömründə bircə dəfə də olmadığı Mərdəkana kofe içməyə getməyibmiş, yəqin. Bu “səfər” kimi, təxminən bir ay müddətində valideynini - Türkanın atası bu hadisəyə qədər vəfat edib - intizarda qoymasının səbəbləri, hələ üstəlik itkin vaxtlarında anasına göndərdiyi “sms” göndərməsi hələ də müəmma olaraq qalır. Elə biz də bütün bu müəmmalara son qoymaq üçün Türkangilin evinə yollandıq.
***
Sizi əmin edirəm: Bakının mənəm deyən 50 ilin taksi sürücüsü bu ünvan tapa bilsə, qəhrəmandır. Qvardiya küçəsi adlanır bu küçə. Olsun, hələ o qədər əndrəbadi küçə adlarımız var ki... Amma söhbət ondan gedir ki, bu Qvardiya küçəsi sanki 50 yerə səpələnib. Bir hissəsi Həzi Aslanov adlı qəsəbədə, bir hissəsi “Elktrotok” adlı yerdə, bir hissəsi Zığı şosesində, bir hissəsi isə Allah bilir, hardadır. Ən maraqlısı odur ki, hər Qvardiyanın böyründə də bir ayrı küçə yerləşir. Bizim axtardığımız Qvardiyanın sakinlərinin çoxu, necə deyərlər, gəlmələrdi. Bu Qvardiya - hər hada biz belə başa düşdük - təzə salınıb. Beş-altı evi birləşdirib, küçəni belə adlandırıblar.
Qvardiya küçəsi 44, ev 1D-ni tapmaq isə əsl məşəqqətə döndü. Nəhayət, tapıldı. Amma... evdə heç kim tapılmadı. Qapı bağlı idi. Qonşular isə sadəcə ağızlarına su alıb, dinmək istəmirdilər. Sanki düz bir addımlıqlarında 15 yaşlı bir qız uşağının itkin düşməsi xəbərini eşitməmişdilər.
Bağırovlar bu evə 3-4 il olar ki, köçüblər. Əslən Bərdədəndilər. Kiçik araşdırmadan sonra öyrənə bildik ki, evin sahibi Vaqif Bağırov - məhəllədə onu Adil deyə də çağırırlar - bir qədər əvvəl vəfat edib. Keçmiş polis işçisi olub. Amma Bakıya köçəndən orqandan çıxıb, şəxsi maşınından taksi kimi istifadə etməklə çörək pulu qazanırmış. Evin xanımı Dilrüba Rüstəmova həkimdir. Səhv etmiriksə, ixtisasca pediatrdır. Vaqif və Dilrüba xanımın iki övladı olub: Vasif və Türkan. Türkan evin kiçiyidir. Bu il 11-ci sinfə getməlidir. Qonşuların dediyinə görə, ailə bir qədər qapalı həyat sürür.
- Bu 3-4 ildə onların qonşularla əməlli ünsiyyəti olmayıb. Nə xeyirdə, nə də yas məclislərində iştirak ediblər. Evin kişisi təzə rəhmətə gedib. Şəkər xəstəsi idi. Heç 50 yaşı olmazdı. Qadın isə hardasa həkim işləyir. Qız da nə bilək, vallah, dərsə gedib-gəlirdi. Bir qədər fərqli, açıq-saçıq gəzirdi. Bir də eşitdik ki, itkin düşüb.
Bunu qonşulardan biri deyir. Və bir maraqlı məqamı da vurğulayır:
- Qız itən gün anası əvvəl polisə xəbər verməyib. Söz yayıb ki, rəfiqəsigildədi. Bir yerdə hazırlığa gedirlər.
Türkan isə doğrudan da repetitor yanında hazırlığa gedirmiş. Elə həmin gün də hazırlıq adı ilə evdən çıxıb... Mərdəkanda restoranda tapılıb.
Amma buna qədər Türkana evdəkilərin tanımadığı bir nömrədən anasına “sms” göndərir. Həmin “sms”-də isə yazır ki... bu nömrənin sahibi ilə evlidir. Ona qoşulub qaçıb.
Həmin nömrə dərhal polisə təqdim olunur. Polis qısa araşdırmadan sonra nömrənin sahibini də tapır. Məlum olur ki, nömrənin sahibi fəhlə babadır. Bu nömrəni isə telefonu ilə birgə itiribmiş. Fəhlə sərbəst buraxılır, yenidən Türkanın axtarışına davam edilir.
Və nəhayət, qızı Mərdəkandakı restoranların birində tapırlar. Amma rəfiqəsiz-filansız. Sadəcə, kofe içən yerdə...
Polis Türkanı şöbəyə gətirir. Az sonra valideyninə təhvil verir. Dünən isə polis Türkanı yenidən şöbəyə aparıb.
Niyə?
Nə baş verib?
Qardaşı Vasifin dediyinə görə, Türkan nə onunla, nə də anası ilə kəlmə kəsmək istəməyib. Daim narahat olub. İsterik vəziyyətdə imiş. Hətta evdə qorxublar ki, yenidən qaçar. Buna görə, bütün gecəni oyaq qalıb.
Qardaşı bir şeyi də deyir... Vasifin dediyinə görə, onların qapılarındakı, rəhmətlik atalarına məxsus avtomobilin üstünə sulfat turşusu töküb yandırıblar. Amma biz qapıda durmuş “Mersedes” markalı avtomobilin üzərində heç bir yanıq müşahidə etmədik. Bu məqamı nahaq yerə xatırlamadıq. Vasifin dediyinə görə, guya Türkan deyirmiş ki, bu hələ harasıdır, bir azdan onlar üçün pis olacaq. Bəlkə də elə bu hədə-qorxunun səbəbindən idi k, biz onların qapısını döyəndən sonra həyətdə bir neçə cavan oğlan göründü. Kim olduğumuzu dönə-dönə soruşdular, vəsiqəni göstərib uzun izahat da vermək məcburiyyətində qaldıq.
***
Evin sahibəsi həddən artıq həyəcanlı idi. Hətta suallarımızı belə ağzımızda qoyurdu. Əvvəl əsəbiləşdi. Sonra ağladı. Onun dediklərindən belə başa düşdük ki, Türkan hazırda Xətai rayonu 36 saylı polis bölməsində saxlanılır. Və qızı ilə görüşməyə ona imkan verməyiblər.
- Dilrüba xanım, nə baş verib? Türkan...
Sualımızı sonacan dinləmir. Sadəcə onu deyir:
- Mənə bir gün vaxt verin. Sabahacan. Hamısını danışacam. Hamısını deyəcəm. Sabah,
hamısını biləcəksiniz.
Nəyi danışacaq?
Nəyi biləcəyik?
Bu sualları dinləməyə isə sadəcə imkan vermədi. Qapını örtdü. Amma insaf naminə, elə beləcə də dedi:
- Sabah gəlin, hər şeyi biləcəksiniz.
***
Bu da bir müəmma. Bütün bu müəmmalara son qoymaq üçün bircə çıxış yolumuz qalırdı. Türkanın saxlanıldığı 36 saylı bölməyə müraciət etmək. Elə də etdik. Dedilər ki, Türkan Bağırova həqiqətən də bölmədə olub, lakin dünən axşam ailəsinə təhvil verilib...
Səbuhi Məmmədli

7861