Quba hadisələri ilə bağlı məhkəmədə şahidlər ifadə verdi
13 sentyabr 2012 14:40 (UTC +04:00)

Quba hadisələri ilə bağlı məhkəmədə şahidlər ifadə verdi

Əsasən polis əməkdaşlarından ibarət olan şahidlər təqsirləndirilən şəxsləri aksiya zamanı gördüklərini söyləsələr də, onların hansı fəallıq nümayiş etdirdiklərini söyləyə bilməyiblər.

Dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və onların vəkillərinin suallarını cavablandıran şahidlər həmin gün əhalinin o vaxtkı icra başçısı Rauf Həbibovun qubalıların ünvanına işlətdiyi ifadələrə etiraz əlaməti olaraq icazəsiz kütləvi aksiya keçirdiyini və sonradan bu mitinqin iğtişaşa çevrildiyini bildiriblər. Onlar öz ifadələrində xeyli polis əməkdaşının xəsarət almasını təsdiqləsələr də təqsirləndirilən şəxslərin polisə daş atdıqları barədə konkret fakt deyə bilməyəcəklərini məhkəmənin diqqətinə çatdırıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız ikisi - Yunusov Xəyyam Sahib oğlu, Vaizi Səxavət Ağahüseyn oğlu həbsdə olsalar da, Nəcəfli Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu,Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşüdov Rafiq Vahid ,Qəribov Tapdıq Tacı oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu barəsində heç bir yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Adıçəkilən şəxslər Azərbaycan Respublikasının CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Məhkəmənin növbəti iclası 17 sentyabr saat 14-ə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167

Oxşar yazılar