Quba hadisələri ilə bağlı məhkəmə prosesi sabaha təyin olundu - FOTO
Lent.az-ın məlumatına görə, hakim Quliyev Etibarın sədrliyi və Fətəliyev Veysəlin katibliyi ilə keçirilən iclasda müttəhimlər Yunusov Xəyyam Sahib oğlu, Vaizi Səxavət Ağahüseyn oğlu, Nəcəfli Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşüdov Rafiq Vahid, Qəribov Tapdıq Tacı oğlu, Qəribov Bəhruz Qəribbaba oğlunun və zərərçəkənlərin ifadələri dinlənilib. Prosesdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkmiş qismində iştirak ediblər. Hər iki tərəf dövlət ittihamçısının və müdafiəçilərin suallarını cavablandırıblar. İttiham olunan şəxslər özlərinin qismən təqsirli olduqlarını bildirsələr də, polisə müqavimət göstərmədiklərini məhkəmənin nəzərinə çatdırıblar.
Məhkəmə prosesi zərərçəkmişlərin istintaqda verdikləri ifadələrlə məhkəmə çıxışlarında söylədikləri fikirlərin ziddiyyət təşkil etməsi ilə yadda qalıb. Bir sıra polislərin xəsarət aldıqları yerlər barədə söylədikləri onların istintaq ifadələrində yazdıqları ilə düz gəlməyib.
Həmçinin proses zamanı zərərçəkmiş polislər təqsirləndirilən şəxslərin və onların vəkillərinin bir çox suallarına cavab verə bilməyiblər. Təqsirləndirilən şəxslərdən yalnız Mürşüdov Rafiq Vahid oğlu məhkəməyə verdiyi ifadəsində həqiqətən də icra hakimiyyəti başçısının evi yandırılarkən, Daxili Qoşunların hərbçilərinin evdə partlayış olacağı barədə etdikləri xəbərdarlıqdan sonra evin içində qalmış gəncləri yanğından xilas etmək üçün qapını dəmirlə qırdığını etiraf edib. Digər təqsirləndirilən şəxs Qəribov Bəhruz Qəribbaba oğlu icra hakimiyyətinin evinin yandırılması zamanı evin divarının sol küncünə və pəncərələrin qoruyucu çərçivəsinə əlindəki taxta ilə vurduğunu deyib.
Məhkəmə iclasında dövlət ittihamını Əhəd İbrahimov, Rauf Həbibovun maraqlarını isə Cavid Alıyev müdafiə edib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız ikisi Yunusov Xəyyam Sahib oğlu, Vaizi Səxavət Ağahüseyn oğlu həbsdə olsalar da, digərləri barəsində heç bir yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər Azərbaycan Respublikasının CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.
Proses sabah saat 10-da davam etdiriləcək.

Oxşar yazılar

İmaməddin Əlimanov istintaqa çağırıldı
10 aprel 2025 , 19:49
Bakıda kişi küçədə öldü
10 aprel 2025 , 19:32
AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə məhkəmə başladı
10 aprel 2025 , 17:50
Bakı və Sumqayıtda 22 minlik oğurluq edənlər TUTULDU
10 aprel 2025 , 17:43
Bakıda GÖRÜLMƏMİŞ QƏZA: "Bolt" belə uçdu - HADİSƏ ANI - YENİLƏNİB
10 aprel 2025 , 16:42Şərurda 35 yaşlı kişi FACİƏLİ şəkildə öldü
10 aprel 2025 , 16:40
Aviaşirkətdə ŞOK hadisə: pilotlar siyasətçiyə görə dava etdilər
10 aprel 2025 , 16:19