Qadın həbsxanasına külli miqdarda heroin keçirmək istədilər
22 avqust 2012 10:56 (UTC +04:00)

Qadın həbsxanasına külli miqdarda heroin keçirmək istədilər

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinə külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın məlumatına görə, bayram günlərində 1957-ci il təvəllüdlü Fətəliyeva Fizzə Adil qızının bükülmüş formada və ərzağın içində gizlətdiyi 3 kq, 200 qram heroini müəssisəyə keçirmək istəyib. Dərhal əməliyyat məlumatı dəqiqləşdirilib, F.Fətəliyeva saxlanılıb.

Qadın külli miqdarda narkotik vasitə ilə birgə yaxalanıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.



Nizam RZA
# 1202

Oxşar yazılar