Bakı sakini qonşusunu amansızlıqla öldürdü
22 avqust 2012 10:10 (UTC +04:00)

Bakı sakini qonşusunu amansızlıqla öldürdü

Avqustun 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsində 1972-ci il təvəllüdlü Mehman Mirzəyev qonşusu, 1974-cü ildə anadan olmuş Elxan İbadovu bıçaqlayıb. 2 bıçaq yarası almış E.İbadov ağır vəziyyətdə Dəmiryolu Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisə E.İbadovun evini qarşısında baş verib. Qonşuların nə səbəbdən dalaşması, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


Nizam RZA
# 3676

Oxşar yazılar