Milli Ordunun əsgəri vəfat edib
22 avqust 2012 10:07 (UTC +04:00)

Milli Ordunun əsgəri vəfat edib

Bu barədə APA-ya əsgərin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 24 yaşlı Samir Malik oğlu Adıgözəlov Mərkəzi Hərbi Hospitalda dünyasını dəyişib.


Qeyd edək ki, hadisə avqustun 17-də Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qeydə alınıb. 24 yaşlı əsgər Samir Malik oğlu Adıgözəlov qayadan sürüşərək yıxılıb. Ağır xəsarət alan əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
# 2245

Oxşar yazılar