“Azpetrol”un yanacaqdaşıyan maşını aşıb
17 avqust 2012 12:36 (UTC +04:00)

“Azpetrol”un yanacaqdaşıyan maşını aşıb

Lent.az-ın məlumatına görə, Hacıqabul dairəvi yolunun girişində, Muğan qəsəbəsi yaxınlığında “Azpetrol” şirkətinə məxsus benzin daşıyan maşın digər yük maşını ilə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Yanacaq daşıyan avtomobilin qoşqusundakı çən qoparaq kənara düşüb və yanacaq ətrafa dağılıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin yanacağın alışması halı da qeydə alınmayıb.
# 2340

Oxşar yazılar