Avtomobil motosikletçini vurdu
17 avqust 2012 12:02 (UTC +04:00)

Avtomobil motosikletçini vurdu

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun 28-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xaçmaz rayonunun Bayoba kənd sakini, 1977-ci il təvəllüdlü Qurbanov Zaur Qurban oğlu idarə etdiyi “VAZ 2104” markalı, 10 LM 683 dövlət nömrə nişanlı avtomobillə həmin yolda motosikletlə hərəkət edən, 1994-cü il təvəllüdlü Bayoba kənd sakini Paşəliyev Pinəli Cuməli oğlunu vurub.
Nəticədə motosikletçi xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
# 775

Oxşar yazılar