Bir nəfəri gün vurub, 1 nəfər isə suda boğulub
17 avqust 2012 11:38 (UTC +04:00)

Bir nəfəri gün vurub, 1 nəfər isə suda boğulub

“Dünən Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər gün vurma hadisəsi ilə bağlı təcili yardıma müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Z. Vahidovanın sözlərinə görə, həmin xəstəyə ilk tibbi yardım göstərilib və xəstənin vəziyyəti normaldır.

Dünən həmçinin bir suda boğulma hadisəsi də baş verib. “Ötən gün Hövsan çimərliyində 20 yaşlı bir oğlanın suda boğulması ilə bağlı təcili yardıma müraciət olunub. Ona ilk tibbi yardım göstərilib və onun da vəziyyəti normalıdır” - deyə, böyük həkim əlavə edib.

Z. Vahidova onu da bildirib ki, avqustun 16-da nə ilanvurma, nə də əqrəb sancması ilə bağlı təcili yardıma müraciət olunmayıb.

Anar
# 1100

Oxşar yazılar