Ermənilər işğal edilmiş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlərə başlayıb
17 avqust 2012 11:10 (UTC +04:00)

Ermənilər işğal edilmiş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlərə başlayıb

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər 9.30 radələrindən başlayaraq, işğal altındakı Şahbulaq və Uzundərə adlanan ərazilərdə keçirilən təlimlərdə artilleriya və zirehli texnikalardan istifadə olunur.

Ağdamın cəbhə xəttində yaxın olan ərazilərində güclü partlayış səsləri eşidilir.
Qeyd edək ki, işğalçı Ermənistan ordusu sözügedən ərazilərdə vaxtaşırı hərbi təlimlər keçirirlər.
# 1033

Oxşar yazılar