Zəlzələ qurbanlarına yardım aparan azərbaycanlılar tutuldu
16 avqust 2012 12:54 (UTC +04:00)

Zəlzələ qurbanlarına yardım aparan azərbaycanlılar tutuldu

İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə kömək məqsədilə yardım toplayan 4 azərbaycanlı fəal həbs edilib.

APA-nın məlumatına görə, Meysəm Azadi, Oktay Rəşidi, Vahid Səidxani və Firudin Ağazadə Urmiya şəhərində əhalidən yardım toplayıb avqustun 15-də Vərzigana gedərkən yolda polis tərəfindən tutulub.

Hazırda azərbaycanlı fəalların harada saxlanıldığın barədə məlumat yoxdur.
# 5408

Oxşar yazılar