Tanınmış cütlüyün 60 milyonluq  yeni malikanəsi - FOTO
03 iyun 2022 18:15 (UTC +04:00)

Tanınmış cütlüyün 60 milyonluq yeni malikanəsi - FOTO

Məşhur Hollivud cütlüyü Cennifer Lopez və Ben Afflek yeni ev alıblar. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ikilinin aldığı dəbdəbəli malikanənin qiyməti 60 milyon dollardır. 

Cütlük xəbəri təsdiqləməsə də, evin ətrafında onların əşyalarını daşıdığı iddia edilən yük maşınları görünüb. 

Məlumata görə, ev əvvəllər Meraya Kerinin keçmiş nişanlısı milyarder Ceyms Pakerə məxsus olub. O, evi satışa çıxarmayıb. Cennifer və Ben evi almaq üçün şəxsən Pakerə müraciət ediblər. 

Əvvəlcə razılaşma baş tutmasa da, sonradan satış reallaşıb. 


 

# 3261
avatar

Sevinc Fərid

Oxşar yazılar