Havalar soyuyanda paltarları yuduqdan sonra qurutmaq çətinləşir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq kimyəvi təmizləyicilər şəbəkəsinin rəhbəri Deyan Dimitrov qışda paltarları yuduqdan sonra tez qurutmağın yollarını açıqlayıb.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün nəm paltarları düz bir səthə yaymalı, sonra onları dəsmal ilə örtməli və ütüləməlisiniz.
"Ütüdən gələn istilik hətta qurumağa kömək edir, dəsmal isə parçanın liflərindən artıq nəmliyi udur və əlavə istilik zədələnməsinin qarşısını alır", - ekspert izah edib.
Eyni zamanda, o, qarderob əşyalarını yaxşı hava axını olan yerlərdə, radiatorların yanında və ya ventilyatorun qarşısına qoymağı tövsiyə etdi. Bundan əlavə, Dimitrovun belə bir vəziyyətdə paltardan qol uzunluğunda saxlanmalı olan fendən də istifadəni təklif edib.
Minimum temperaturda işə salınmış saç feni ilə paltarların qurumasını sürətləndirə və qırışları hamarlaya bilərsiniz.
"Bu üsul pambıq köynəklər və şalvarlarda daha yaxşı effekt göstərir. Lakin həmişə əvvəlcə geyimin etiketini oxuyun", - xəbərdarlıq edib.