Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi bir qrup alim gələn il ölkədə mədəaltı vəzinin hormon istehsal edən endokrin hüceyrələrinin donuzdan insana köçürülməsi əməliyyatı keçirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barəd “Yomiuri” qəzeti məlumat yayıb.
Məlumata görə, qan şəkərinin aşağı salınmasına da cavabdeh olan hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək.
Alimlər hesab edir ki, bu, xəstənin insulin inyeksiyalarından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.