Yaponiyada növbəti dəfə güclü zəlzələ baş verib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin şərq sahillərində qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar İnstitutundan verilən açıqlamada göstərilir ki, zəlzələ 6 bal gücündə olub.
Qeyd edək ki, zəlzələ təlafatla nəticələnməyib.