Tunisdə müxalifət liderinin qətlindən sonra hökumət buraxılıb
07 fevral 2013 02:54 (UTC +04:00)

Tunisdə müxalifət liderinin qətlindən sonra hökumət buraxılıb

Tunisin baş naziri Hamadi Cebali fevralın 6-da kabineti buraxıb.

Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, o, bununla yeni milli birlik hökumət qurmaq niyyətindədir.

 

Baş nazir bildirib ki, yeni hökumət partiyasız texnokratlardan formalaşacaq.

 

Baş nazirin bu qərarı Xalq Cəbhəsinin lidei Şükri Balaidin qətlindən sonra Tunisdə vziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir.

 

Demokrat dünyəvi baxışlı Balaid  fevralın 6-da yaşadığı evin yaxınlığında qətlə yetirilib.

 

Daxili İşlər Nazirliyinin bu haqda yaydığı bəyanatda bu qanlı olay «siyasi qətl və terror aksiyası» kimi dəyərləndirilib.

 

Müxalifət lideri öldürüldükdən sonra Tunisin bir sıra şəhərlərində etiraz nümayişləri keçirilib. Polislə toqquşma halları baş verib. 

# 433
avatar

Oxşar yazılar