Suriyada davam edən qarşıdurmalarda 5.8 milyon adam evsiz qalıb”. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Valerie Amos çıxış edib. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı qarşıdurmaları dayandırmaq üçün təcili addımlar atmalıdır.
“Adıçəkilən ölkədə iki ildir davam edən qarşıdurmalar nəticəsində 4.5 milyon insan ölkə daxilində yerini dəyişib, 2.3 milyon insan başqa ölkələrə köçüb. Bu ilin sonuna qədər xaricə köçən suriyalıların sayı 3.5 milyon nəfərə çatacağı gözlənilir”-deyə, Amos əlavə edib.