Sudanda 7 siyasi məhbus sərbəstdir
03 aprel 2013 04:43 (UTC +04:00)

Sudanda 7 siyasi məhbus sərbəstdir

Aprelin 2-də Sudanda 7 siyasi məhbus sərbəst buraxılıb. 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, aprelin birində ölkə prezidenti Ömər Bəşir tərəfindən elan olunmuş əfv nəticəsində onlar paytaxt Xartum yaxınlığındakı Bəhri həbsxanasından buraxılıb.

 

Keçmiş siyasi dustaqların 6 kişi, biri qadındır. Onlar 20 partiyanın daxil olduğu müxalifət birliyinin üzvləridir. Onların bəziləri hakim rejimin silahla devrilməsi uğrunda 2012-ci ildə «Yeni Şəfəq» adlı  sənədi imzalayıb.

 

Müxalifət təmsilçisi Faruk Əbu İsa jurnalistlərə açıqlamasında deyib: «Bu irəli bir addımıdır. Ancaq hələ Sudanda yüzlərlə siyasi məhbus azad olunacağı günü gözləyir».

 

Xatırladaq ki, aprelin birində Ömər Bəşir ölkədəki bütün siyasi məhbusları əfv edib və silahı qruplaşmalar da daxil olmaqla bütün siyasi qüvvələri geniş miqyaslı danışığa çağırıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar