ŞOK! SSRİ-nin dağılmasını rəsmiləşdirən saziş yoxa çıxıb
07 fevral 2013 14:45 (UTC +04:00)

ŞOK! SSRİ-nin dağılmasını rəsmiləşdirən saziş yoxa çıxıb

SSRİ-nin süqutunu rəsmiləşdirən, Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair sazişin əsli Belarus arxivlərindən itib. APA-nın məlumatına görə, sazişin əslinin itməsi faktını xatirələrini yazan Belarusun sabiq rəhbəri Stanislav Şuşkeviç sənədlə bağlı arxivə müraciət edərkən müəyyənləşdirib.

 

Ukraynanın TSN portalı sənədin saxlanmalı olduğu Minskdəki MDB İcra Komitəsinin sazişin əslinin itməsi faktını təsdiqlədiyini bildirir. İcra Komitəsinin arxiv idarəsinin rəhbəri Vasili Astreyko bildirib ki, 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında imzalanmış Belovejsk sazişinin surəti onlardadır. O sənədin əslinin harada ola biləcəyinə dair sualı cavablandıra bilməyib.

 

Stanislav Şuşkeviç isə sənədi sonuncu dəfə imzalanan gün gördüyünü deyib. Əvvəllər sazişin Ukrayna, Belarus və rus dillərində eyni hüquqi qüvvəyə malik variantının olduğu güman edilirdi. Lakin sonradan məlum olub ki, sənədin əsli yalnız bir nüsxədə və rus dilindədir.

 

1991-ci ildə Belarusun baş naziri olmuş Vyaçeslav Kibiç də sazişi yalnız bir nüsxədə imzaladıqlarını deyib. Qeyd edək ki, SSRİ-nin süqutunu rəsmiləşdirən, MDB-nin yaradılması haqqında sazişi Boris Yeltsin və Gennadi Burbulis (Rusiya), Stanislav Şuşkeviç və Vyaçeslav Kebiç (Belarus), Leonid Kravçuk və Vitold Fokin (Ukrayna) imzalayıblar.

 

# 3885
avatar

Oxşar yazılar

TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49