Səddamın şəhərində qanlı səhər
01 aprel 2013 14:56 (UTC +04:00)

Səddamın şəhərində qanlı səhər

Bu gün səhər saatlarında İraqın Tikrit şəhərində polis şöbəsinə silahlı hücum olub.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, terrorçular polis şöbəsi yaxınlığında bomba yüklü avtomobili partladıblar.

 

Nəticədə 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölən və yaralananların əksəriyyəti polis əməkdaşlarıdır.

 

Qeyd edək ki, aprelin 20-də İraqın 18 əyalətindən 12-də yerli hakimiyyət orqanlarına seçkilər keçirilməlidir. Tikrit də bunların sırasındadır. Bu şəhər İraqın sabiq prezidenti Səddam Hüseynin anadan olduğu şəhərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar