Sankt-Peterburqda azərbaycanlılar arasında kütləvi dava: 15 nəfər saxlanılıb, 4 yaralı var
20 fevral 2013 10:42 (UTC +04:00)

Sankt-Peterburqda azərbaycanlılar arasında kütləvi dava: 15 nəfər saxlanılıb, 4 yaralı var

Sankt-Peterburqun Frunze rayonunda azərbaycanlılar arasında kütləvi dava baş verib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, davada 40-dan çox Azərbaycan əsilli şəxs iştirak edib.

Dmitrrovsk küçəsindəki “Çistıye Prudı” kafesi yaxınlığında baş verən olay zamanı bıçaq, odlu silah və dəyənəklərdən istifadə edilib. Avtomobillər də dava-dalaşda iştirak edən tərəflərin hədəfləri sırasında olub. 4 nəfər xəstəxanaya yerləşdirilib. Rusiya polisi olayda iştirak edən 15 azərbaycanlını saxlayıb. Prosesi nəzarətdə saxlamaq üçün əraziyə əlavə polis dəstəsi göndərilib. Araşdırma aparılır.

# 1578
avatar

Oxşar yazılar