Rusiyanın Yaroslav vilayətinin Rıbınsk rayonunda “An-2” təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, hadisə nəticəsində pilot ölüb.
Mənbə bildirib ki, təyyarədə yalnız pilot olub. Məlumata əsasən, “An-2”-nın düşdüyü yerdə dağıntı olmayıb.