Qərbyönlü Livanın baş nazir oldu
07 aprel 2013 00:15 (UTC +04:00)

Qərbyönlü Livanın baş nazir oldu

Livan prezidenti Mişel Süleyman yeni hökuməti qurmaq üçün müxalifət blokunun təmsilçisi Tamam Salama səlahiyyət verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, qərbyönlü sayılır.

 

Livan parlamentin deputatlarının çoxu onun baş nazir vəzifəsinə namizədliyinə səs verib.

 

Tamam Salam əvvəllər mədəniyyət naziri işləyib. O, baş nazir postunda  «Hizbullah»yönlü Nəcib Miktini əvəzləyib. N.Mikti isə bu ilin martında istefa verib.

 

Yerli müşahidəçilərin qənaətincə, yeni baş nazir çox saylı problemlərlə üzləşəcək. Çünki qonşu Suriyada gedən vətəndaş savaşı  Livanın da siyasi həyatına təsirsiz ötüşmür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar