Stavropol diyarı Yessentuki şəhər məhkəməsi Qaraçay-Çərkəz Respublikasının təhsil və elm naziri Boris Spiridonov barəsində həbs qətiimkan tədbiri seçib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, iki aylığına həbs olunub.
Diyar məhkəməsi mətbuat xidmətindən bildirilib ki, Spiridonov Rusiya cinayət məcəlləsinin «iri məbləğdə rüşvət almaq» maddəsi ilə ittiham edilir.