Qahirədə Əhmədinejada ayaqqabı atdılar
06 fevral 2013 02:56 (UTC +04:00)

Qahirədə Əhmədinejada ayaqqabı atdılar

0

İran prezidenti İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak etmək üçün Misirə səfər edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Qahirədə əl-Hüseyn məscidindən çıxanda o, insanlarla ünsiyyətdə olub.

 

Bu zaman ona yaxınlaşan bir gənc ayaqqabısını ataraq, qışqırıb:«Siz bizim qardaşlarımızı öldürürsünüz».

 

Onun cangüdənləri gənci tutub, yerli polisə təhvil verib.

 

Yerli mətbuatın məlumatına əsasən, ayaqqabı atan gənc Suriya ləhcəsində danışırmış. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1574

Oxşar yazılar