Pakistan keçmiş prezident Pərviz Müşərrəf daha 2 həftə həbsdə qalacaq.
Lentöaz-ın zxarici informasiya vasitələrinə istinaddən məlumatına görə, prokuror Çodxri Zülfiqar bildirib ki, Ravalpindi məhkəməsi onun mayın 14-dək ev dustaqlığında qalması barədə qərar qəbul edib.
Müşərrəf hakimiyyətdə olarkən 2007-ci ildə qətlə yetirilmiş keçmiş baş nazir Bənazir Bhuttonun təhlükəsizliyini təmin edə bilməməkdə ittiham olunur.
Bundan başqa o həmin il yüksək rütbəli hakimləri buraxmaq və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməkdə suçlu bilinir.
4 il idi ki, könüllü mühacirətdə yaşayan Pərviz Müşərrəf mayın 11-də keçirilən parlament seçkisində iştirak etmək üçün bu günlərdə vətənə dönərək, başçılıq etdiyi Ümumpakistan Müsəlman Liqası ilə seçkidə iştirak etmək istəyirdi.
Hazırda ev dustağı olan keçmiş prezident hakimin qərarına əsasən, qarşıdan gələn prezident seçkisinə də namizəd kimi qatıla bilməyəcək.