Bu gün səhər saat 6:37 radələrində Perunun cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Çivay şəhərindən 12 kilometr qərbdə, 5,6 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.