Meksikada növbəti qanlı hadisə törədilib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin şimalındakı Tamaulipas əyalətində bir yük maşınından 9 nəfərin meyiti tapılıb. Əyalət prokurorluğunun açıqlamasında göstərilir ki,
maşın ABŞ-ın Texas ştatına məxsus olub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.