Özəl təmsilçinin Bayden və Lavrovla görüşəcəyi təsdiqləndi
02 fevral 2013 06:46 (UTC +04:00)

Özəl təmsilçinin Bayden və Lavrovla görüşəcəyi təsdiqləndi

0

BMT qurumun özəl təmsilçisi Lahdar Brahimi, ABŞ prezidentinin müavini Cozef Bayden və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Suriya məsələsi üzrə danışıqların keçiriləcəyi planını haqda xəbəri təsdiqləyib.

 

Lent.az-ın «RİA-Novosti» -yə istinadən məlumatına görə, BMT təmsilçisi Eduardo del-Duey məsələ ilə bağlı deyib: «Bu gün (fevralın 1-də -red.) Brahimi Suriya müxalifətinin lideri Əhməd Müəz əl Xətiblə Münhendə keçirilən beynəlxalq konfrans çərçivəsində görüşüb. Sabah (fevralın 2-də-red.) o, Cozef Bayden və Sergey Lavrovla ikitərəfli görüş keçirəcək».

 

Suriya müxalifətinin lideri isə bir müddət öncə Bayden və Lavrovla görüşmək istəyini bildirmişdi.

 

Xatırladaq ki, Rusiya tərəfi bu xəbəri əvvəlcə təkzib etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar