“Aprelin 9-u saat 11-də biz yeni Ermənistan elan edəcəyik”.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, bu barədə ölkə prezidentliyinə keçmiş namizəd, «İrs» Partiyasının lideri Raffi Ovanisyan Eçmiədzin şəhərində çıxışı zamanı bəyan edib.
«Aprelin 9-u saat 11-dən Yeni Ermənistanın elan olunacaq.Bu, mənim təşəbbüsüm deyil, bu – sizin yekdilliklə fevralın 18-də dəstək verdiyiniz vətənimizin gələcəyidir. O zaman biz hamımız qərar verdik: heç kim və heç vaxt bundan sonra bizim iradəmizi əlimizdən ala bilməz» - deyə, Ovannisyan bildirib.
Onun sözlərinə əsasən, yeni Ermənistanda hər kəs öz yerində və öz işi ilə məşğul olacaq.
«Hakimiyyət ona buna, yerli ya da partiyalılara bölünməyəcək. Polis öz xalqının iradəsini ayaq altına qoymayacaq, ona xidmət edəcək, rahatlığını qoruyacaq» - deyə, prezidentliyə keçmiş namizəd söyləyib.
O, əlavə edib ki, hakimiyyət dəyişikliyi bir damla qansız baş tutacaq: «Biz hər cür zorakılığa qarşı çıxırıq. Biz çox adam itirmişik, bundan sonra bir damla belə qan itirməməliyik. Heç vaxt! Biz təbəssüm və salamlarla gələcəyik. Biz hər yerdəyik. Meydanlarda, universitetlərdə, küçələrdə, şəhərlərdə və kəndlərdə. Hər yerdə, hətta bir erməni belə olan yerdə».