Misirdə çevriliş oldu- YENİLƏNİB- 2
04 iyul 2013 00:20 (UTC +04:00)

Misirdə çevriliş oldu- YENİLƏNİB- 2

Misir hərbçiləri  Məhəmməd Mursinin prezident olmadığını elan etdi.

Misirin ali baş komandanı Əbdül Fəttah Sisi televiziya müraciətində bildirib ki, ölkədə Ana Yasanın fəaliyyəti dayandırılıb, prezident Məhəmməd Mursi vəzifəsinin öhdəsindən gələ bilməyib. O,  müvəqqəti hökumətin yarandığını və növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

 

Onun sözlərinə görə, mövcud Ana Yasanın indiki mətninə özəl komitə yenidən baxacaq.

 

KİV-ə məhdud senzura tətbiq ediləcək. Ölkənin ali idarəetmə orqanı Ali Konstitusiya Məhkəməsidir.

 

Qahirənin küçələrində Məhəmməd Mursinin tərəfdarları  və əleyhdarları mitinq keçirir.

 

 Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu bəyanatla ordu rəhbərliyi televiziya ilə müraciətində bildirib.

 

Mursiyə və onu dəstəkləyən «Müsəlman qardaşları» hərəkatının liderlərinə ölkədən çıxmaq qadağan edilib.

***

00.01

Misir ordusunu rəhbərliyi müsəlman və xristian koptların liderləri, eləcə də Məhəmməd əl-Baradeyin başçılıq etdiyi liberal müxalifətin təmsilçiləri ilə görüşdə ölkədə yaranmış siyasi böhrandan çıxış üçün «yol xəritəsini» qəbul edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu xəbəri dövlət televiziyası yayıb.

 

Əldə edilmiş razılığın detalları bir saat ərzində elan olunmalıdır.

 

Məlumata əsasən, razılıqda keçid dövrünün davamlı olmaması nəzərdə tutulub. Bu vəziyyətin ardınca ölkə parlament və prezident seçkiləri keçirilməlidir.

Razılaşmanın təfərrüatı hələlik məlum deyil. 

***

23.00

Hərbçilərin 48 saatlıq möhləti başa çatıb. Misir ordusu hərbi texnikaları Qahirənin küçələrinə, prezident Məhəmməd Mursinin tərəfdarlarının toplandığı əraziyə çıxarıb.Onlar başda prezident sarayı olmaqla,dövlət televiziyasının binası, nümyaiş keçirilən Təhrir və Nahda meydanlarını mühasirəyə alıb.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, onlarla zirehli texnika və hərbi bölmələr Qahirə universiteti rayonuna doğur hərəkətə edib.

 

Bir müddət öncə, prezidentin köməkçiləri baş verənləri «hərbi çevriliş» adlandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4811

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49