Ağ ev baş beynin öyrənilməsi ilə bağlı irimiqyaslı layihənin detallarını təsdiqləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu sayaq araşdırma ilə Altsqeymer (onun öyrənmiş alimin adı ilə adlanır, simptomlarından biri yaddaşın pozulmasıdır) kimi xəstəliklərin müalicə edilməsi nəzərdə tutulub.
Ardıcı araşdırma üçün ABŞ büdcəsindən yüz milyon dollar ayrılıb. Layihədə dövlət və özəl qurumlar iştirak edəcək.
«Milyonlarla deyil, milyardlarla insanın həyatını yaxşılaşdırmaq imkanımız var. Ona görə də biz bu işlə məşğul oluruq. Bu gələcəkdir və vacibdir»-deyə, Barak Obama bildirib.
Layihə ilə bağlı Ac Evin məlumatında bildirilib ki, alimlərə bu araşdırma vasitəsi ilə beyninin dinamik təsvirini yaratmağa və baş beyin hüceyrələrinin ayrı-ayrı hissələrinin sinir sistemi zəncirində qarşılıqlı əlaqəsinin öyrənilməsinə imkan verəcək.