Molla Ömər də Əfqanıstana prezident ola bilər
02 aprel 2013 22:51 (UTC +04:00)

Molla Ömər də Əfqanıstana prezident ola bilər

Əfqanıstanın prezidenti Həmid Karzay Almaniya qəzetinə müsahibəsində deyib ki, taliban lideri Molla Məhəmməd Ömərin gələn ilə nəzərdə tutulan növbəti prezident seçkisində iştirak edə bilər.

 

Lent.az-ın məlumatına görə, aprelin 2-də Almaniyada çıxan "Sueddeutsche Zeitung" qəzetində çap olunan müsahibəsində o, deyib ki, Ömər əfqanlara onun lehinə və ya əleyhinə səs vermək imkanı verə bilər.

Həmid Karzay fikrini belə əsaslandırıb: «Əfqanıstan Ana Yasası bütün əfqanlara aiddir. Ondan hər kəs faydalana bilər. Ancaq bunun üçün taliban öncə terrorçu əl-Qaidə ilə əlaqələrini kəsməli, zorakılıqdan imtina etməli, siyasi prosesə qoşulmalıdır».

Xatırladaq ki, ötən həftənin sonunda Həmid Karzay Qatara səfər edərək, talibanın bu ölkədə nümayəndəliyinin açılmasına dair danışıqlarda da iştirak edib.

Taliban qrupu 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyət başında olub, ölkəni sərt şəriət qaydaları ilə idarə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar