Misirdə son 20 ildə ilk dəfə qaz bahalanıb
02 aprel 2013 03:56 (UTC +04:00)

Misirdə son 20 ildə ilk dəfə qaz bahalanıb

Beynəlxalq Valyuta Fondu (BVF)nümayəndə heyətinin Misirə səfəri ərəfəsində son 20 ildə ilk dəfə təsərrüfat üçün təbii qazın qiyməti artırılıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, istehlakçılar üçün «mavi yanacağın» qiyməti 60 faiz qalxacaq.

 

Kommunal xərclərin qiymətini qaldırmaqla hakimiyyət büdcə defistini aradan qaldırmaq istəyir. Bu BVF-nin rəsmi Qahirə qarşısında qoyduğu şərtlərdəndir. Misir hakimiyyəti onun bu şərtinə əməl edəcəyi halda qurum Qahirəyə 4, 8 milyard dollar həcmində kredit verməyə hazır olduğunu bildirib.

 

 

Mənbə bildirib ki, ölkədəki maliyyə böhranı hakimiyyətə qarşı yeni etiraz dalğasının başlamasına səbəb ola bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar