Misir parlamentinin Yuxarı Palatası (Məsləhət Şurası) seçkiqabağı kampaniya zamanı dini təbliğatın aparılmasına icazə verən qanunun təsdiqləyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, müxalifət bildirib ki, dini təbliğata yasağın ləğvi Misir cəmiyyətində parçalanma yaracaq.
Misir Liberal Partiyasının baş katibi Marqaret Əzir deyib ki, məsələyə belə yanaşma parlament seçkilərini dinlərarası mübarizəyə çevriəcək: «Bu vəziyyət vətəndaş savaşı törədə bilər. Əminəm ki, bu sayaq dini təbliğat ölkəmiz üçün nəzərdə tutulmayan və ən pis nəticələr verəcək».