Misir paytaxtı Qahirdən 30 km şimalda müsəlmanlarla koptlar arasında qarşıdurma olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay nəticəsində azından 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Yerli polsi bildirib ki, öldürülənlərin 4 xristian koptdır. Qaşırdurmanın baş verməsinə səbəb kimi İslam İnstitutu binasının divarına dar ağacı şəkilini çəkilməsi göstərilir.
Polis yerli koptların kiləsinin təhlükəsizliyini yüksək səviyyədə təmin edib. Qarşıdurma və atışmada iştirak etmək şübhəli bilinən 10 nəfər tutulub.