Liviya baş nazirinin müşaviri oğurlanıb
01 aprel 2013 21:22 (UTC +04:00)

Liviya baş nazirinin müşaviri oğurlanıb

Liviya paytaxtı Tripoli yaxınlığında baş nazirin müşaviri Məhəmməd əl-Quttus naməlum şəxslər tərəfindən oğurlanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Liviya hakimiyyəti  ünvanına hədələrlə bağlı bəyanat verdikdən sonra bir neçə saat sonra müşavirin oğurlanması xəbəri yayılıb.

 

Mənbənin bildirdiyinə əsasən, son həftələrdə ölkədə Adam oğurluğu və məmurların hədələnməsi halları çoxalıb.

 

Hakimiyyət Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsi məqsədi ilə yaranmış yaraqlılar üzərində  hələlik nəzarəti təşkil edə bilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar