Kralın 20-ci oğlunun vəfatı tədbiri təxirə salıb
03 aprel 2013 06:48 (UTC +04:00)

Kralın 20-ci oğlunun vəfatı tədbiri təxirə salıb

Hər il Səudiyyə Ərəbistanında rəsmi təntənəli «Canadariya» adlı yarmarka-festivalı keçirilir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, kral Abdulla bin Əbdül Əzizin qan qardaşı əmir Bədr bin Əbdül Əzizin vəfatı ilə əlaqədar bu dövlət bayramının keçirilməsi təxirə salınıb.

 

Məlumata əsasən, tədbir aprelin 3-də keçirilməli imiş. Kral dəftərxanasından bildirilib ki, ölkə monarz Abdulla bin Əbdül Əziz üç gün baş sağlıqlarını qəbul edəcək.

 

Aprelin birində, 81 yaşında vəfat etmiş  Əmir Bədr bin Əbdül Əziz Səudiyyə Ərəbistanının banisi kral Əbdül Əzizin 20-ci oğludur. Əmir həyatı boyu çeşidli dövlət vəzifələrində çalışıb.

 

1967-ci ildə Səudiyyə Ərəbistanı Milli Qvardiyası komandanının müavini təyin olunub. O, 2010-cu ildə bu vəzifədən istefa verib.

 

Yuxarıda bəhs etdiyimiz festival hər il paytaxt Ər-Riyadın yaxınlığında Canadariya kəndində keçirilir. Tədbirdə ölkənin və xarici dövlətlərin rəsmiləri, siyasi, ictimai və mədəniyyət xadimləri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239

Oxşar yazılar