“Rusiya hakimiyyəti hələ də Suriya prezidenti Bəşər Əsədə hərbi dəstək verir”.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ dövlət katibi postunu tərk edən Hillari Klinton bəyan edib.
Hillari Klinton deyib ki, Moskvanın Suriya məsələsinə yanaşmasını dəyişəcəyinə ümid edir: “Ruslar passiv müşahidəçi deyillər, Bəşər Əsədə dəstək verirlər. Ruslar özlərini çox aktiv aparırlar. Bizim əsasımız var ki, Rusiyanın Bəşər Əsədə maliyyə yardımı göstərdiyini də ehtimal edək”.