Müxalifətdə olan «UDAR» Partiyasının lideri Vitali Kliçko ölkə prezidenti Viktor Yanukoviçin teledebatında iştirak etməyə hazır olduğunu bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət təmsilçisi özünün «facebook» səhifəsində yazıb: «Mən Yanukoviçlə televiziya debatında iştiraka hazıram. Ancaq bunun üçün o, kişi kimi bir addım atmalıdır. Ölkə yaranmış ağır siyasi və iqtisadi vəziyyətə görə məsuliyyət daşıdığını etiraf etməli və istefa verməlidir».
Kliçko qeyd edib ki, bu debat prezident seçkisi kampaniyasında istənilən vaxt baş tuta bilər.
Xatırladaq ki, fevralın 11-də V.Yanukoviç Kliçko ilə ölkənin ümummilli televiziyalarından birində debata çıxmağa hazır olduğunu bildirmişdi.